Türkiyə istehsalı olan “Kızılelma” pilotsuz döyüş təyyarəsi ilk uçuşunu Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) edəcək.
Xezerxeber.az xəbər verir ki, “Kızılelma” Şimali Kiprdə keçiriləcək TEKNOFEST-də nümayiş olunacaq. Bu səbəbdən ŞKTC-yə ediləcək səfər Türkiyənin milli döyüş təyyarəsinin indiyə qədər tək səfərdə həyata keçirdiyi ən uzun uçuş olacaq.
Qeyd edək ki, Türkiyənin müdafiə sənayesində yerli istehsal gücünün gəldiyi səviyyəni göstərən ən konkret nümunələrdən biri olan “Bayraktar Kızılelma” ilk dəfə 2022-ci ildə Samsunda keçirilən “TEKNOFEST”də təqdim olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.