Bakıdakı bu restoranlarlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın Xezerxeber.az-a verdiyi məlumata görə, aparılan monitorinqlər və ölçmə işləri zamanı paytaxtda fəaliyyət göstərən “Xəmsə”, “Ağ çiçəyim”, “Afrodita Palace”, “Arzu”, “Şahzadə”, “Leyla Plaza”, “Kolissa Hall”, “White Palace”, “Qızıl qaya”, “Golden Baku”, “Baku Castle”, “Qəbələ-Xanlar”, “Xankəndi”, “Çətir”, “Alaçatı Mood”, “Kafe Faiq”, “Tovuz manqal”, “3 Mərtəbə”, “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”, – deyə mətbuat katibi bildirib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More