İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.
Lent.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hadisə bu gün yerli vaxtla saat 10:30-da qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
Hadisə yerinə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.
Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.
Comments are closed, but trackbacks and pingbacks are open.