Latviya Ukraynaya daha bir PUA partiyası göndərib. Yeni partiya 1500 pilotsuz uçuş aparatından ibarətdir.
Xezerxeber.az xəbər verir ki, Latviyanın müdafiə naziri Andris Spruds bu barədə özünün sosial media hesabında məlumat yazıb.
“Riqa Kiyevə daha 1500 döyüş PUA-sı göndərib. İlin birinci yarısında Latviyanın iki şirkəti pilotsuz uçuş aparatları koalisiyası çərçivəsində Ukraynanı 12 min PUA ilə təmin edəcək”, – deyə nazir bildirib.
Koalisiya 2024-cü ildə Ukraynanın ehtiyacları üçün PUA-ların hazırlanması və satın alınması məqsədilə Böyük Britaniya və Latviya tərəfindən qurulub. Oraya Avstraliya, Almaniya, Danimarka, Kanada, Litva, Hollandiya, Norveç, Polşa, Ukrayna, İsveç və Estoniya daxildir.
Comments are closed, but trackbacks and pingbacks are open.