Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.
Bu barədə Xezerxeber.az-a İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi aktivləşmişdi.
Comments are closed, but trackbacks and pingbacks are open.