Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

1-3 may tarixlərində Sumqayıt şəhərinin bəzi hissələri, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Xezerxeber.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. 

Məlumata görə, fasiləyə səbəb Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə təmir işlərinin aparılmasıdır.

3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More