Çinə məhsul ixracı üçün qida təhlükəsizliyini idarəetmə sistemləri hazırlanıb – AQTA

Azərbaycan məhsullarının Çinə ixracı ilə bağlı qarşı tərəfə qida təhlükəsizliyini idarəetmə sistemləri haqqında hesabat göndərilib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

“Çox böyük istehlak bazarı olan Çinə bizim sahibkarların, o cümlədən aqro biznes sahəsində fəaliyyət göstərən sahibkarların çıxışını təmin etmək üçün artıq bir sıra görüşlər keçirilib, protokollar imzalanıb. Qida təhlükəsizliyini idarəetmə sistemlərinin hazırlanması haqqında Azərbaycandan Çinə çox böyük hesabat göndərilib və bu hesabat qəbul olunub. Ümid edirik ki, yaxın vaxtlarda bu biznes sahəsini də öz sahibkarlarımızın xidmətinə verə biləcəyik”, – deyə o qeyd edib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More