Zelenski Putinin atəşkəs təklifini RƏDD ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin mayın 9-da üç günlük atəşkəs təklifini rədd edib.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

“Zelenski mayın 9-da Putinin üç günlük atəşkəs təklifini rədd etdi və 30 günlük atəşkəsdə israrlıdır”, – nəşr yazır.

Məlumata görə, Zelenski həmçinin bəyan edib ki, Ukrayna mayın 9-da Moskvaya parad üçün gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More