“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzub

Türkiyə Super Liqasında XXXIV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Samsunspor” öz meydanında “Eyüpspor”la qarşılaşıb.

3 qolun vurulduğu oyunda ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb – 3:0.

Turun digər matçı isə İstanbul derbisi ilə yadda qalıb. “Fənərbaxça” öz meydanında “Beşiktaş”ı qəbul edib. “Sarı-lacivərdlilər” böyük ölçüdə çempionluğu əldən verib.

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün taleyini bir qol həll edib. “Qara qartallar” minimalhesablı qələbəyə seviniblər – 1:0.

Türkiyə Super Liqası
XXXIV tur

17:00. “Samsunspor” – “Eyüpspor” – 3:0
20:00. “Fənərbaxça” – “Beşiktaş” – 0:1
20:00. “Adana Dəmirspor” – “Göztəpə” – 1:2

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More