Hindistanda sıxlıq: 6 ölü, 30 yaralı var

Hindistanın cənub-qərbində yerləşən Qoa ştatında keçirilən dini festival zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.

Lent.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə Şirqaon şəhərində yerləşən məbədin ərazisində baş verib.

Qeyd olun ki, yaralılardan onunun vəziyyəti ağırdır və onlar yerli xəstəxanada müalicə olunurlar.

Hindistanın Baş naziri Narendra Modi faciə ilə bağlı başsağlığı verib.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More