Naxçıvanda güclü yağış nəticəsində bəzi yollarda problem yaranıb – FOTO

Naxçıvanda yağan güclü yağış nəticəsində bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə qurumun texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More