“Skype” fəaliyyətini dayandırdı

Bu gündən “Microsoft” şirkəti “Skype” platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

Xezerxeber.az xəbər verir ki, şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcəyi qeyd olunub.  
Qeyd edək ki, “Skype” platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More