Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

Sabahdan IV və VI siniflər üzrə şagird yerdəyişməsi müvəqqəti dayandırılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də IV, 18-də isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.

Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-də saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək. (report)

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More