Qadın çantasından 200 min dollarlıq lotereya bileti tapdı

ABŞ-da qadın çantasında 200 min dollarlıq lotereya bileti tapıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Cənubi Karolina ştatında bir qadının əri hərdən lotereya skretç kartları alırdı ki, bu da arvadını qıcıqlandırırdı. O, yenə 5 dollarlıq “Big Wins Extra Play” biletini alıb və qadın onu özünün çantasına qoyub.

Bir neçə gündən sonra qadın qoruyucu təbəqəni silib və 200 min dollar qazandığını görüb. İndi o, əri ilə səyahətə çıxmağı planlaşdırır.

Qadın lotereya oynamağa davam etsə, daha ərinə əsəbiləşməyəcəyini bildirib. Bunun əvəzinə o, ərindən növbəti dəfə qazanmaq şansını artırmaq üçün bir dəfəyə iki bilet almasını xahiş edib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More