ABŞ üçün qorxunc proqnoz – Avqusta qədər defoltla üzləşə bilər

ABŞ Konqresi borc tavanını qaldırmasa, Birləşmiş Ştatlar avqustun əvvəlində dövlət borcunu ödəyə bilməmək təhlükəsi ilə üzləşə bilər.

Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessentin Konqresə yazdığı məktubda deyilir.

Onun sözlərinə görə, hökumətin maliyyə vəsaitlərinin avqust ayında, Konqres tətildə olarkən tükənəcəyi ehtimalı var. Nazir Konqresi borc limitini iyul ayının ortalarına qədər artırmağa və ya dayandırmağa çağırıb.

Söhbət ondan gedir ki, avqust ayına qədər ölkənin 36,2 trilyon dollardan artıq olan borc öhdəliklərini ödəmək üçün pulu qalmaya bilər.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More