Hərbi Dəniz Qüvvələrinin rəisi arvadına görə İSTEFA VERDİ

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin rəisi Ben Key tabeliyində olan hərbçi ilə əlaqəsi faktına görə aparılan təhqiqat fonunda vaxtından əvvəl istefa verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəlcə 59 yaşlı admiral iyun ayında istefaya getməyi planlaşdırıb. Lakin həyat yoldaşına xəyanətlə bağlı araşdırmalara başlanıldıqdan sonra qərarını dəyişərək xidməti vaxtından əvvəl başa vurmağa qərar verib. Onun vəzifələrini vitse-admiral ser Martin Connell icra edəcək.

Məlumata görə, Key donanmadakı vəziyyətdən narazı olub və ailəsi ilə birlikdə istirahət etməkdə qərarlı idi. Admiralın üç övladının olduğu vurğulanır.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More