Hakan Fidana qarşı sui-qəsd cəhdi – Ağır dozada arsen və civə verildi

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il bundan əvvəl sui-qəsdə məruz qalıb. O bu haqda heç vaxt açıqlama verməyib.

APA xəbər verir ki, Hakan Fidan bunu haqda televiziya verilişlərdindən birində danışıb.

“Mənə ağır dozada arsen və civə verilmişdi. Harada olduğunu bilmirəm. Daha sonra analiz nəticəsində üzə çıxdı. Bu səbəbdən bir müddət müalicə aldım”, – o deyib.

 Ona qarşı sui-qəsdin kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala isə o belə cavab verib: “Gəlin o detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Təkcə içəridə düşmən yoxdur, hər yerdə düşmən var”.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More