Hindistan Pakistanın üç hava bazasına raket zərbələri endirib.
Lent.az xəbər verir ki, bu haqda “Geo” telekanalı Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudriyə istinadən məlumat verib.
“Hindistan təyyarələri Nur Xan aviabazasına, Murid aviabazasına və Rafiqi aviabazası kimi tanınan Şorkot aviabazasına raket zərbələri endirib”, – Çaudrinin deyib.
Ordu rəsmisi bildirib ki, Pakistanın HHM sistemləri aviabazalarını hədəf alan Hindistan raketlərini göydə vurub.
Hücum zamanı heç bir dağıntı və insan tələfatı olmayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.