DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.

Mərkəzdən bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.

Bu imtahanda 157 nəfərin iştirakı gözlənilir.

İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 3 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan 1 saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– Şəxsiyyəti təsdiq edən sənədin əsli;

– İmtahana buraxılış vərəqəsi.

İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda maksimum 60 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More