“Barselona”nın hücumçusu Lamin Yamal fransız turistlərlə təsadüfi görüşdə özünü başqa adla təqdim edib. Turistlər ondan foto çəkməsini xahiş edəndə, 17 yaşlı futbolçu belə bir hərəkət edib.
Lent.az “championat.com”-a istinadən xəbər verir ki, oyunçusu özünü “Rayyan” adlandırıb. Lakin turistlər tədricən qarşılarında məşhur futbolçunun durduğunu anlamağa başlayıblar.
Qadınlardan biri Yamaldan selfi çəkməyi xahiş edib. “Barselona”nın hücumçusu onlarla foto çəkməkdən imtina etməyib.
Comments are closed, but trackbacks and pingbacks are open.