Dövlət qurumları arasında 3×3 basketbol yarışı keçirilib

Avropa Oyunları Parkında dövlət qurumları arasında 3×3 basketbol yarışı keçirilib.

“Report”un məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif dövlət qurumları iştirak edib.

Qadınlar arasında yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutublar.

Kişilər arasında yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR üçüncü pillədə qərarlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More