Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb”, – mətbuat xidməti bildirib.

Qeyd olunub ki, ölkə liderləri Türkiyə – Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

“Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”, – məlumatda diqqətə çatdırılıb.

Türkiyə lideri “əhatəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi şəraiti təmin edəcəyini, açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu” vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More