Gəncədə yaşayış binasında partlayış olub, ölən var

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More