Hindistanda ağır yol qəzasında 13 nəfər ölüb

Hindistanın mərkəzi hissəsində yerləşən Çhattisqarh ştatında yük avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, ondan çox adam yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Qeyd olunub ki, digər avtomobilin qoşqusuna çırpılan yük maşınında dini bayramdan qayıdan yerli sakinlər olub. Qəza Raypur şəhəri yaxınlığında baş verib.

Xəsarət alan 12 nəfər müalicə üçün xəstəxanaya göndərilib. Ölənlər arasında dörd uşaq da var. Polis qəzanın səbəblərini araşdırır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More