“Mançester Yunayted” antirekordunu təkrarlayıb

İngiltərənin “Mançester Yunayted” klubu bir mövsümdə ev məğlubiyyətləri üzrə antirekordunu təkrarlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turunda, ötən gün doğma meydanda “Vest Hem”lə oyunda reallaşıb.

“Old Trafford”da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmslçisi bununla cari mövsümdə 9-cu dəfə məğlub olub.

Qeyd edək ki, “qırmızı şeytanlar” daha əvvəl 1930/1931, 1933/1934 və 1962/1963 mövsümlərində də eyni halla üzləşib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More