Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.
“Report” xəbər verir ki, XXXI turda turnir cədvəlinin lideri “Əl-İttihad” “Əl-Faiha”nı 3:0 hesabı ilə məğlub edərək xallarının sayını 74-ə çatdırıb.
Bu nəticədən sonra cari mövsümün başa çatmasına 4 tur qalmış 60 xala malik “Əl-Nəsr” kollektivinin liderə çata bilməyəcəyi dəqiqləşib.
Beşinci pillədə yer alan “Əl-Nəsr” ikinci sıradakı “Əl-Hilal”dan 5 xal geri qalır.
Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında iki il yarım ərzində bir dəfə də olsun kubok qazana bilməyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.