Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır

Avstraliya və İsveçdən olan beynəlxalq alimlər qrupu şizofreniya xəstələrinin beyinlərinin sağlam insanlara nisbətən daha tez qocaldığını və bunun qan testi ilə müəyyən edilə biləcəyini aşkar ediblər. Əsas amil protein NfL (neyrofilament yüngül protein) olub.

“Report”un xəbərinə görə, bu barədə araşdırma “Psychiatry Research” (PsyRes) elmi jurnalında dərc olunub.

NfL, zədələndikdə qana buraxılan neyronların struktur komponentidir. Onun səviyyəsi neyrodegenerativ xəstəliklərdə (Altsheymer, Parkinson xəstəliyi), eləcə də təbii qocalmada artır. Ancaq şizofreniya xəstələrində bu proses çox daha sürətli baş verir.

Tədqiqatçılar şizofreniya xəstələrində NfL səviyyələrini ölçüblər və onların sağlam insanlara nisbətən daha kəskin artdığını aşkar ediblər ki, bu da beyin qocalmasının sürətlənməsini göstərir. Ancaq bipolyar pozğunluğu olan xəstələrdə bu nümunə tapılmayıb.

Beyin skanları təsdiqləyib ki, şizofreniya xəstələri normal qocalmadan daha tez boz və ağ maddələr itirirlər. Bu, xəstəliyə xas olan koqnitiv pozğunluqları izah edə bilər.

Şizofreniyada beyində ağ və boz maddənin deqradasiyası sürətlə baş verir və bu normal yaşa bağlı dəyişikliklərdən daha ağır nəticələrə gətirib çıxarır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More