Azərbaycanın mədəni irsi UNESCO-nun bayram tədbirində nümayiş olunub
Baxış:331
Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi təşkilatın Parisdəki mənzil-qərargahında keçirilən Frankofoniya (frankdilli ölkələr) bayram tədbirlərinə qatılıb.
“Report” xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin “X” səhifəsindəki paylaşımda bildirilir.
Paylaşımda deyilir ki, tədbirdə Azərbaycanın mədəni irsi nümayiş etdirilib.
“Musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Laura Volpato (violonçel) məşhur “Ay Laçın” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər. Azərbaycan musiqisi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb”, – məlumatda qeyd edilir.
La culture azerbaïdjanaise mise à l’honneur à l’UNESCO pour la Journée internationale de la Francophonie !
Le 13 mai, lors des célébrations organisées au siège de l’UNESCO à Paris, la Délégation permanente de la République d’Azerbaïdjan auprès de l’UNESCO a présenté un vibrant… pic.twitter.com/X4geyoubCr
— Azerbaijan at UNESCO (@AzDelUnesco) May 13, 2025
Comments are closed, but trackbacks and pingbacks are open.