Azərbaycanın Su-25 təyyarələrinin qatıldığı “Anadolu Ankası-2025” beynəlxalq təlimi başlayıb – YENİLƏNİB
Baxış:392
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix – 2025” (“Anadolu Ankası – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
20:46
Türkiyənin Konya şəhərində “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, manevrlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Hersoqovina, İtaliya, Qətər, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı da iştirak edir.
Təlimlər ayın 23-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün mayın 8-dən Türkiyənin Konya şəhərində səfərdədir. Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edir.
3’üncü Ana Jet Üs Komutanlığı / Konya
Uluslararası Anadolu Ankası-2025 Tatbikatı başlıyor!
Türkiye’nin ev sahipliğinde, 12-23 Mayıs 2025 tarihleri arasında düzenlenecek tatbikata ABD, Almanya, Azerbaycan, Bosna Hersek, İtalya, Katar, Polonya, Romanya, Slovakya ve Suudi… pic.twitter.com/AZKmjJD8Ds
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 13, 2025
Comments are closed, but trackbacks and pingbacks are open.