Baş Qərargah rəisi: İran ordusu və Sepah döyüş hazırlığının zirvəsindədir

İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) Hörmüz boğazında, Körfəzdə, Makran sahillərində döyüş və əməliyyat hazırlığının zirvəsindədir.

“Report” Sepahın informasiya mənbələrinə istinadın xəbər verir ki, bunu İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

“Silahlı qüvvələrimiz düşmənə qarşı durmaq üçün tam güc və hazırlığa malikdir”, – Baş Qərargah rəisi vurğulayıb.

Qeyd edək ki, İran hakimiyyəti ABŞ, Böyük Britaniya, İsraili özünə düşmən bilir və ölkənin hərbi hazırlığına dair bütün mesajları əsasən onlara ünvanlaınır. Baqeri də həmin dövlətlərə işarə edərək deyib:

“Ola bilər, siz səhv hesablamalara əsaslanaraq İranla münaqişəyə başlayarsınız. Münaqişənin sonu, onun forması, vaxtı, yeri və döyüş meydanının genişlənməsi artıq sizin əlinizdə olmayacaq, bunları İslam Respublikası müəyyən edəcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More