“Mançester Yunayted”in sabiq futbolçusu xəstəxanaya yerləşdirilib

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Rio Ferdinand xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, buna keçmiş müdafiəçinin virusa yoluxması səbəb olub.

46 yaşlı veteran futbolçu sosial şəbəkə səhifələrində xəstəxanadan verdiyi açıqlamada hətta beyninin MRT-dən keçirilməsinə səbəb olan virusdan əziyyət çəkdiyini təsdiqləyib. Müalicələrdən sonra hazırda durumunun normal olduğunu bildirən Ferdinand onu dəstəkləyən pərəstişkarlarına təşəkkürünü çatdırıb.

Qeyd edək ki, karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirən (2002-2014) R.Ferdinand bu müddətdə meydana çıxdığı 312 matçda 7 qol vurub. O, İngiltərə millisinin heyətində (1997-2011) 81 oyunda 3 qol müəllifi olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More