Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır və bununla bağlı qərar iyunun sonunadək qəbul edilməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib.
“Sanksiyalara gəlincə, Avropa İttifaqı artıq növbəti paketi hazırlayır. Bu məsələ ilə bağlı qərar iyunun sonunadək qəbul edilməlidir”, – o deyib. Kansler sanksiyaların enerji sektorunu, eləcə də “kölgə donanması”nı əhatə edəcəyini dəqiqləşdirib.
“Biz, o cümlədən mən özüm şəxsən bunu ardıcıl şəkildə və Avropa İttifaqının xətti ilə mümkün olan maksimum əməkdaşlıq çərçivəsində həyata keçirməkdə qətiyyətliyik. Biz bunu təkbaşına edə bilmərik. Lakin hələ də tərəddüd edən ölkələri bunun düzgün yol olduğuna inandırmağa çalışacağıq”, – F.Merts bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.