Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifə Samir Namazova həvalə olunub.
S.Namazov öncə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, xəstəxananın əvvəlki direktoru Emin İsmayılov işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl vəzifədən azad edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.