“Yuventus”un futbolçusu cəzalandığı üçün mövsümün son iki oyununda iştirak edə bilməyəcək

“Yuventus” klubunun futbolçusu Pyer Kalulu İtaliya A Seriyasının XXXVI turunda “Latsio”ya qarşı keçirilən oyunda (1:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

“Report” xəbər verir ki, futbolçu matçın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə yol verdiyi üçün meydandan qovulub.

Bununla da, Kalulu mövsümün son iki turunda – “Udineze” və “Venesiya” komandalarına qarşı baş tutacaq görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, fransalı futbolçu müqavilə əsasında “Milan”a məxsusdur və Turin klubunda icarə əsasında forma geyinir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More