Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

“Report” xəbər verir ki, onlar beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulmasının əsas rolu qeyd edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More