“Avroviziya – 2025” mahnı müsabiqəsi başlayıb – CANLI

“Avroviziya – 2025” mahnı müsabiqəsi başlayıb.

“Report” xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More