Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
“Report” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Matç saat 20:00-da başlayacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.