Azərbaycan millisinin üzvü Polşa klubundan ayrılıb

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.

“Report” xəbər verir ki, bu barədə yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabında yazıb.

O, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib.

“Radomyak” yaxın zamanda Məmmədovla vidalaşdığını açıqlayacaq.

Qeyd edək ki, azərbaycanlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi. Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More