Bakıda ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində nəsillərarası həmrəylik müzakirə olunub

Sosial Tədqiqatlar Mərkəzində (STM) “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

“Report” xəbər verir ki, tədbirdə mərkəzin son nəşrlərindən biri olan “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında irəli sürülən tədqiqatın nəticələri təqdim edilib.

Dəyirmi masaya moderatorluq edən STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə nəsillərarası həmrəylik arasındakı əlaqədən danışıb. O bildirib ki, bu qələbə həmrəyliyi daha da artıracaq.

Hesabatın müəllifi, STM-in sektor müdiri Humay Axundzadə geniş məruzə ilə çıxış edərək sözügedən istiqamətdə ölkədə həyata keçirilən ilk tədqiqatın nəticələrini təqdim edib. O, tədqiqatçı nəsillərarası münasibətlərə xas olan bir sıra qlobal tendensiyaların Azərbaycan kontekstində də özünü büruzə verdiyini qeyd edib.

Milli Məclis Aparatının məsləhətçisi Aynur Veysəlova-Abbasova məsələ ilə bağlı bir neçə təklif irəli sürüb. O, kəmiyyətlə yanaşı, keyfiyyət tədqiqatlarının da aparılması yönündə işlərin görülməsini təklif edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More