Azərbaycanda fəaliyyətə başlayan bilim mərkəzlərində Selçuk Bayraktar və Əziz Sancar kimi mütəxəssislərin yetişməyi arzu edilir.
“Report”un Şimal bürosunun məlumatına görə, bunu “Bilim Quba” mərkəzinin açılış mərasimində iştirak edən Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bilim mərkəzlərinin yaradılmasında əsas məqsəd Bakı və regionlardakı gənclərə texnologiyanın sirlərini öyrətməkdir:
“Azərbaycanda bu layihəni “ASAN xidmət” ilə birlikdə böyük sevinclə həyata keçiririk. Belə təsisatlar aramızdakı dostluq, qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edir.
Bakıda həyata keçirdiymiz layihələri Azərbaycanın bölgələrinə də daşıyırıq. Çətin sınaqlardan keçərək “Bilim Quba”da təhsil almaq hüququ qazanan gənclər beynəlxalq yarışlara qatılmaq imkanı əldə ediblər.
1000 nəfər arasından seçilmiş 80 şagird mərkəzdə iki il ödənişsiz təhsil alacaq. Bizim məqsədimiz həm Bakıdakı, həm də Qubadakı mərkəzimizdə təhsil alan gənclərə texnologiyanın sirlərini öyrətməkdir.
Bu mərkəzlərdə Selçuk Bayraktar və Əziz Sancar kimi mütəxəssislərin yetişməyini arzulayırıq. Fəaliyyət göstərən mərkəzlərə dəstəyi davam etdirəcəyik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.