Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb

Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.

Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More