Azərbaycanda teatr müəssisələrinin idarəetmə modeli Sovet İttifaqında formalaşmış və artıq ənənəyə çevrilmiş modeldir.
Bu fikirləri “Report”a müsahibəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov deyib.
Müşavirin sözlərinə görə, bu model bütün teatrlarda işlək deyil:
“Elə teatr var ki, bəli, orada bu model işləyir, amma elə teatr var ki, bu xüsusiyyətlər onun üçün yarasızdır və model dəyişdirilməlidir. Burada teatrın direktoru, bədii rəhbəri, baş rejissoru olur və biz elə bilirik ki, bu, mütləq şəkildə belə olmalıdır”.
Oleq Əmirbəyov Milli Gənc Tamaşaçılar Teatrının nümunəsində teatrın Baş rejissorsuz normal şəkildə fəaliyyətini davam etdirə bildiyinə də diqqət çəkib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.