Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir.
“Report” xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan “Fan Zona”da jurnalistlərə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.
Mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını bildirib:
“Belə bir mötəbər yarışın ölkəmizə keçirilməsi çox sevindiricidir. Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Yarışa ciddi hazırlaşırıq. Yığmada taktiki-texniki cəhətdən müəyyən dəyişikliklər etmişik. İnanırıq ki, sonda hər şey bizim xeyirimizə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Yalnız qrupdan çıxdıqdan sonra əsas hədəfə çatmağa çalışacağıq”.
Qeyd edək ki, dünya çempionatı 21 may – 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.