“Bolonya” 2024/2025 mövsümündə İtaliya Futbol Kubokunun sahibi olub.
“Report” xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda keçirilən həlledici görüşdə bolonyalılar “Milan”ı minimal hesabla məğlub ediblər – 1:0.
Yeganə qolun müəllifi Dan Ndoye olub (53-cü dəqiqə).
“Bolonya” tarixində üçüncü dəfə İtaliya Kubokunu qazanıb, daha əvvəl komanda bunu 1969/1970 və 1973/1974 mövsümlərində etməyi bacarmışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.