İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb

İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Namizədlərin siyahısına “Liverpul”dan Vircil van Dayk (36 matç, 3 qol, 1 məhsuldar ötürmə), Rayan Qravenberq (35 matç, 4 məhsuldar ötürmə), Məhəmməd Salah (36 matç, 28 qol, 18 məhsuldar ötürmə), “Nottinqem Forest”dən Morqan Gibbs-Uayt (32 matç, 6 qol, 8 məhsuldar ötürmə), Kris Vud (34 matç, 20 qol, 3 məhsuldar ötürmə), “Nyukasl”dan Aleksander İsak (34 matç, 20 qol, üç məhsuldar ötürmə), “Brentford”dan Brayan Mbemo (36 matç, 18 qol, 7 məhsuldar ötürmə), “Arsenal”dan Deklan Rays (33 matç, 3 qol, 7 məhsuldar ötürmə) daxil edilib.

Ən yaxşı futbolçu azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə görə müəyyənləşir. Azarkeşlər üçün mayın 19-dək davam edəcək onlayn səsverməyə start verilib.

Qeyd edək ki, ötən mövsümün ən yaxşı futbolçusu “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden seçilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More