Macarıstanın Hava Hücumundan Müdafiə Qüvvələri iki ölkə sərhədi yaxınlığında Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub.
“Report” xəbər verir ki, bu barədə “Magyar Hirlap” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Budapeşt cihazın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyindən şübhələnir.
Nəşr bildirib ki, PUA Macarıstanın hava məkanında radar vasitəsilə aşkarlanıb. Kəşfiyyat mənbələrinə görə, insident Ukrayna və Macarıstanın xüsusi xidmət orqanları arasında aylarla davam edən müharibənin bir hissəsidir.
Macarıstan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib. Nazirlik “Qripen” qırıcılarının təlim xəbərdarlığı çərçivəsində havaya qaldırıldığına aydınlıq gətirib. Təyyarə daha sonra hava şəraitinə görə marşrutundan yayınmış “Ventus 2A” planerini müşayiət edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.