Meksikada ağır yol qəzasında azı 21 nəfər ölüb

Meksikanın Puebla ştatında baş verən yol qəzasında azı 21 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ştatın daxili işlər naziri Samuel Aqilar Pala məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Kuaknopalan-Oaxaka avtomobil yolunun 31-ci km-də baş verib: “Üç avtomobilin iştirakı ilə baş verən yol qəzası nəticəsində 18 nəfər hadisə yerində, daha 3 nəfər isə xəstəxanada dünyasını dəyişib”.

O əlavə edib ki, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilir.

“N+” telekanalının məlumatına görə, yolda yük maşını, tanker və sərnişin avtobusu toqquşub.

Toqquşmadan sonra tanker partlayıb və magistralın həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq bağlanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More