“Mozalan Studiyası”na yeni direktor təyin edilib

Mədəniyyət Nazirliyinə məxsus “Mozalan Studiyası” MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Rəşad Cəfərovdur.

O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib.

Xatırladaq ki, “Mozalan Studiyası” kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More