Region Liqasının final və III yer uğrunda oyununun yeri müəyyənləşib

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

“Report” xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək.

Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More