Tarixdə heç vaxt: Qızıl bu qədər baha olmayıb

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın qiyməti yeni tarixi rekorda imza atıb.

Turkustan.az xəbər verir ki, aprelin 2-də keçirilən ticarət zamanı qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12% bahalaşaraq 1 troya unsiyası (31,1 qram) üçün 3201,6 dollara çatıb. Tarixdə heç vaxt qızıl bu qədər baha olmamışdı. Daha sonra, aprelin 3-də səhər saatlarında qiymət 1 troya unsiyası üçün 3171,5 dollar olub.

Qızıl martın 27-də keçirilən hərracda əvvəlki rekordunu təzələyib. Qızılın birja qiyməti tarixdə ilk dəfə olaraq 1,5%-dən çox artaraq 1 troy unsiyası üçün 3,1 min dolları ötüb. Qızıl qiymətlərindəki sıçrayışlarla bağlı vəziyyət ABŞ Prezidenti Donald Tramp administrasiyasının tarif təhdidləri qorxusu fonunda təhlükəsiz aktivlərə tələbatla əlaqələndirilir. /cebheinfo.az/









Mənbə: Turkustan.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More